Suriyanın Əs-Suveyda əyalətində hakimiyyətə sadiq qüvvələrlə druz milisləri arasında baş verən silahlı toqquşmalarda azı 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl Vətən” qəzeti Suriyanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Bundan əvvəl 13 nəfərin öldüyü, 40 nəfərin yaralandığı barədə məlumat yayılmışdı.