ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumu zamanı Suriyada yaralanan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) hərbi müşaviri İranda ölüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun komandiri general-leytenant Hüseyn Salami məlumat verib.
“Suriyaya daxil olan koalisiya qüvvələrinin hava hücumundan sonra yaralanan və müalicə üçün İrana gətirilən Suriyadakı müşavirlərdən biri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin polkovniki Əhmədrza Əfşari hava hücumu nəticəsində aldığı xəsarətlərdən bu gün dünyasını dəyişib”, – məlumatda qeyd edilib.