Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani Avropa ölkələrinə səfər etmək niyyətində olduğunu açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə o, Dəməşqdə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani ilə mətbuat konfransı zamanı deyib.
“Mən Avropaya səfər edəcək yüksək səviyyəli nümayəndə heyətinə başçılıq edəcəm. Məqsəd Avropa ölkələri ilə əməkdaşlığın gücləndirilməsidir”, – “Əl-Vətən” qəzeti nazirin sözlərindən sitat gətirib.
Səfərlərin tarixləri dəqiqləşdirilməyib.