Xəbərlər

Suriyanın yeni hakimiyyət orqanları Türkiyə ilə strateji əlaqələri dəstəkləyib

“Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri davam etdirmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şara “Yeni Şafak” qəzetinə müsahibəsində deyib.

“Bizim Türkiyə ilə strateji əlaqələrimiz qurulacaq. Türkiyənin yeni Suriya dövlətinin yaradılmasında bir çox prioritetləri var. Bizim qarşılıqlı ticarət əlaqələrimiz olacaq. İnanırıq ki, Türkiyə iqtisadi inkişaf təcrübəsini Suriyaya ötürəcək”, – o əlavə edib.