Xəbərlər

Şuşada Vaqif Poeziya Günlərinə start verilib

Bu gün Şuşa şəhərində növbəti Vaqif Poeziya Günlərinə start verilib.

“Füyuzat”ın məlumatına görə, 17-19 iyul tarixlərində keçirilən tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Poeziya günlərinə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət və elm xadimləri, naşirlər, habelə Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illik yubileyi münasibətilə Azərbaycanda səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılıblar.

Qeyd edək ki, Vaqif Poeziya Günləri çərçivəsində Şuşa şəhərində müxtəlif bədii-mədəni tədbirlər təşkil ediləcək.