“Ukraynada münaqişə gələn il bitəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tacani “La Stampa” qəzetinə müsahibəsində deyib.
“Zelenskinin özü müharibənin 2025-ci ildə başa çatacağına nikbin baxır və mən onunla razıyam. Münaqişə bitdikdən sonra Ukrayna NATO-ya daxil olacaq və daha sonra Avropa İttifaqına (Aİ) daxil olmaq prosesinə başlayacaq. İtaliya xətti dəyişməyəcək. Biz Kiyevi müdafiə məqsədilə silahla təmin edirik və Ukraynanı dəstəkləyirik, lakin biz Rusiya ilə müharibə vəziyyətində deyilik”, – Tacani əlavə edib.