Xəbərlər

Tacikistan Prezidenti Kazana səfər edib

Tacikistan Prezidenti Emoməli Rəhmon BRİCS dövlət başçılarının 16-cı sammitinin keçirildiyi Kazana işgüzar səfərə gedib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Tacikistan liderini hökumətin Baş nazirinin birinci müavini, xarici işlər naziri, prezidentin xarici əlaqələr üzrə köməkçisi, sənaye və yeni texnologiyalar naziri, İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri və digər rəsmi şəxslər müşayiət edir.