“Rusiya ilə münasibətlərin hərtərəfli inkişafı Tacikistan üçün mühüm prioritetdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla danışıqlardan sonra mətbuata açıqlamasında Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin deyib.
“Rusiya Federasiyası ilə münasibətlərin hərtərəfli inkişafı ölkəmiz üçün mühüm prioritetdir. Siyasi dialoq hər iki dövlət başçısı – Tacikistan prezidenti Emoməli Rəhmon və Rusiya prezidenti Vladimir Putinin başçılığı altında yüksək səviyyədə davam etdirilir. Bunu iki ölkə liderləri arasında 2024-cü il dekabrın 24-də Leninqrad vilayətində keçirilən danışıqların nəticələri də təsdiqləyir. Biz Rusiya ilə münasibətlərimizdən razıyıq və onları hərtərəfli inkişaf etdirmək niyyətindəyik”, – nazir qeyd edib.



