Xəbərlər

Taliban: Sərhəddə ilk atəşi Pakistan hərbçiləri açıb

“Pakistan ordusunun Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban hərəkatının qüvvələrinə atəş açmasından sonra Əfqanıstan və Pakistan arasında mübahisəli sərhəd bölgəsində silahlı toqquşmalar başlayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı Taliban rejiminin Müdafiə Nazirliyinin nümayəndəsi İnayətullah Xarəzmiyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Pakistan qoşunları Xost vilayətində sərhəd zastavasının tikintisi ilə məşğul olan Taliban tərəfindən yaradılmış sərhəd qüvvələrinə atəş açıb.

Bildirilib ki, döyüşə səbəb mübahisəli sərhəd bölgəsində Əfqanıstan tərəfinin postlar tikməsi olub.

Ölən və yaralananlar barədə məlumat verilməyib.