Cəlilabad rayonu, Buravar kəndində yerləşən yeni abidə kimi qeydə alınan dekorativ-tətbiqi sənət nümunəsi olan daş “kəl” (erkək camış) heykəli naməlum şəxslər tərəfindən sındırılıb.
“Füyuzat”ın məlumatına görə, heykəlin müəyyən hissələri zədələnib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Cəlilabad rayonu üzrə əməkdaşları monitorinq zamanı heykələ müdaxilə olunduğunu müəyyən ediblər.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.



