Tayvan Silahlı Qüvvələri bir gündə Xalq Azadlıq Ordusunun 20 təyyarəsi və 6 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 18 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb və cənub-şərq hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.