Xəbərlər

Tayvan 2025-ci ildə təyyarələrin alınmasına 2,83 milyard dollar ayıracaq

Tayvan 2025-ci ildə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması proqramlarına və yeni qırıcı təyyarələrin alınmasına 90,4 milyard Yeni Tayvan dolları (təxminən 2,83 milyard dollar) ayıracağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edilib ki, Tayvan ordusu üçün əsas silah tədarükçüsü ABŞ olaraq qalır.