Xəbərlər

Tayvan administrasiyasının nümayəndələri ABŞ-da gizli danışıqlar aparıb

Tayvan administrasiyasının nümayəndələri Amerika Birləşmiş Ştatlarda bir neçə ildir mövcud olan “xüsusi ikitərəfli kanal vasitəsilə” gizli danışıqlar aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) məlumatlı mənbələrə istinadən bildirib.

Nəşrin məlumatına görə, ABŞ-ın aidiyyəti idarələri məxfi əlaqələrə görə Çindən tənqidlərdən yayınmaq üçün bu kanalı gizli saxlayıblar.

Bu cür gizli müzakirələr, bir qayda olaraq, Vaşinqton ərazisində aparılır.