Xəbərlər

Tayvan Yaponiya ilə təhlükəsizlik əlaqələrini genişləndirmək niyyətindədir

“Tayvan Yaponiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə adanın administrasiyasının rəhbəri Lay Qinqde Taybeydə Yaponiyanın keçmiş Baş naziri Yosihiko Noda ilə görüşdə bildirib.

“Yaponiya hökumətinə, keçmiş Baş nazir Nodaya və bu ölkədəki bir çox dostlarımıza Tayvan boğazında təhlükəsizliyə göstərdikləri diqqət və dəstəyə görə təşəkkür etmək istərdim, – Qinqde deyib.

“Tayvan milli müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək və regional və qlobal sülh və sabitliyi qorumaq üçün Yaponiya ilə əl-ələ verərək çalışacaq”, – o əlavə edib.

Qinqde həmçinin qeyd edib ki, adanın hakimiyyəti süni intellekt, yarımkeçiricilər və yeni nəsil kommunikasiya texnologiyaları sahələrində Yaponiya ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.