Aprelin 17-də Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.



