Xəbərlər

TDT mülki müdafiə mexanizminin təsis edilməsi barədə Saziş təsdiqlənib

“Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” təsdiqlənib.

“Füyuzat“ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 6 noyabr 2024-cü il tarixində Bişkek şəhərində imzalanıb.