Xəbərlər

Təbii sərvətləri ən çox olan 5 ölkə

Rusiya təbii ehtiyatların dəyərinə görə dünya lideridir və onun təbii sərvəti 75 trilyon dollar dəyərində qiymətləndirilir. Bu, 2023-cü ilin sonunda nominal ÜDM-dən təxminən 37 dəfə yüksəkdir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Sərhədsiz Ticarət Təşkilatı məlumat paylaşıb.

İkinci yerdə 45 trilyon dollarla ABŞ, üçüncü yerdə 34 trilyon dollarla Səudiyyə Ərəbistanı gəlir.

4 və 5-ci yerdə, təxmin edilən təbii sərvəti 27 trilyon dollar olan İran və təbiii ehtiyatları 23 trilyon dollar qiymətləndirilən Çin gəlir.