Xəbərlər

Tədqiqatçı-yazar Muxtar Cəfərlinin oxucularla görüşü baş tutub

Bu gün “Litera” kitab evində tədqiqatçı-yazar Muxtar Cəfərlinin oxucularla görüşü baş tutub.

“Füyuzat”ın məlumatına görə, müəllif gənc oxuculara mütaliə vərdişləri, kitabın həyatımıza qatdığı dəyər barəsində tövsiyələr edib.

Qeyd edək ki, Muxtar Cəfərlinin “Azərbaycan elm və irfan sərdarları”, eləcə də “İdrak işığı” kitabları “Füyuzatdan kitablar” seriyasına aiddir.

Bundan əlavə, yazarın “Qəlbini nəsihətlə dirilt” kitabı və müxtəlif tərcümələri də fərqli vaxtlarda MİMTA Yayımları tərəfindən nəşr edilib.

Sonda suallara cavab verən müəllif oxuculara mütaliə ilə bağlı bəzi tövsiyələr verib:

“Mütaliə qədər insan beynini fəaliyyət etdirən vasitə yoxdur; yaxşı kitab insanı düşündürür. Düşünən insan axar su kimidir – faydalı mütaliə etdiyi müddətcə düşüncəsi də şəffaf və canlı qala bilir”.