Xəbərlər

Tehran: ABŞ seçkiləri İran iqtisadiyyatına heç bir təsir etməyəcək

“İran iqtisadiyyatı stabilləşib, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri vəziyyətə heç bir təsir göstərməyəcək”

“Füyuzat”ın məlumatına görə, bunu İran parlamentinin İqtisadiyyat komitəsinin üzvü Rəhim Zare deyib.

“Ölkəmizin iqtisadiyyatı elə sabitlik dərəcəsinə çatıb ki, Amerikanın heç bir hiyləsi əvvəlki kimi İran bazarına və iqtisadiyyatına təsir edə bilməyəcək. ABŞ-ın istənilən əvvəlki prezidenti, istər demokrat, istərsə də respublikaçı olsun, daim İrana qarşı yeni sanksiyalar tətbiq edirdi, ona görə də bu dəfə heç nə dəyişməyəcək. Biz faktiki olaraq ABŞ və digər Qərb ölkələrinin sanksiyalarını zərərsizləşdirmişik, ABŞ və Qərb ölkələrinin bütün sanksiyalarına baxmayaraq, son iki ildə İran neftinin satışı artıb”, – Zare bildirib.