“İslam Əməkdaşlıq Təşkilatının üzvləri İsrailin BMT-dəki üzvlüyünə son qoymaq üçün tədbirlər görür”.
“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“BMT-nin prinsip və məqsədlərinə, beynəlxalq hüquqa və dinc yanaşı yaşamağa inanmayan və digər ölkələrə qarşı təcavüzkar məqsədlər güdən bir rejim beynəlxalq təsisatların, xüsusən də BMT-nin üzvü statusuna layiq deyil. İslam Əməkdaşlıq Təşkilatı İsrail rejiminin BMT-dən çıxarılması üçün addımlar atır”, – Bəqayi bildirib.