Texasda daşqınlar nəticəsində ölənlərin sayı 109-a çatıb, 160-dan çox itkin düşmüş adamın axtarış-xilasetmə işləri davam edir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Texas qubernatoru Gregg Abbott məlumat yayıb.
Abbott ştat üzrə daşqınlar nəticəsində ölənlərin sayının 109-a yüksəldiyini, təkcə Kerr dairəsində 161 nəfərin itkin düşdüyünü bildirib. Ölkə üzrə itkin düşənlərin ümumi sayı barədə məlumat verilməyib.
Abbott bildirib ki, bütün itkin düşənlər tapılana qədər axtarışlar davam edəcək. ABŞ prezidenti Donald Tramp Kerr qraflığını daşqınlara görə fəlakət bölgəsi elan edib.