Kaliforniyada davam edən meşə yanğınları səbəbindən 46,8 mindən çox istehlakçı işıqsız qalıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Bu istehlakçılardan 32 mindən çoxunun təkcə Los-Ancelesdə yaşadığı bildirilib.
Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları başlayıb.
Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına səbəb quruluq və küləkli hava şəraiti olub.
Son məlumatlara görə, yanğın nəticəsində 24 nəfər həyatını itirib.