Xəbərlər

The Independent: Ukrayna Kurskda 2000-ə yaxın rus əsgərini əsir götürüb

“Ukrayna hərbçiləri Kursk vilayətində keçirdiyi əməliyyat zamanı 2000-ə yaxın rus əsgərini əsir götürüb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Independent” məlumat yayıb.

Britaniya mətbuatının yazdığına görə, Ukrayna hərbçiləri Kursk bölgəsində keçirdiyi əməliyyat zamanı rus əsgərlərini mülki şəxslərlə dəyişmək üçün istifadə etmək məqsədilə əsir götürüblər.

“The Independent” bu məlumatı bir ukraynalı polkovnikə istinadən yayıb. Nəşr bildirib ki, bu dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çox sayda rusiyalının əsir götürüldüyünü göstərir.