Xəbərlər

“The Telegraph”: Britaniya və Fransa Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edir

“Britaniyanın Baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı razılıq əldə olunarsa, Britaniya və Fransa əsgərlərinin sülhməramlı qüvvələr qismində Ukraynaya göndərilməsi imkanını müzakirə etməyə başlayıblar”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniyanın “The Telegraph” qəzeti mənbələrə istinadən yazır.

Böyük Britaniya hökumətindəki çoxsaylı mənbələr Starmerin yekun qərar vermədiyini qeyd edib.

Hökumətdəki mənbələrdən biri “The Telegraph”a deyib: “Biz hədəflərimizdən bir az da irəli gedirik. Hələ ki, məqsədimizə çatmamışıq”.