Tibbi ekspertlər Beyrutun cənub kənarında dağılmış evin dağıntıları altından xilasedicilər tərəfindən çıxarılan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın cəsədində heç bir yara izi tapmayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Nahar” qəzeti paytaxtdakı xəstəxanalardan birində aparılan tibbi müayinənin nəticələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, ekspertlər Nəsrullahın güclü partlayış nəticəsində baş və gövdə nahiyəsindən aldığı küt travma nəticəsində öldüyü qənaətinə gəliblər.
Qeyd edək ki, sentyabrın 27-də dünyasını dəyişən siyasətçi 32 il Hizbullaha rəhbərlik edib.