“Rusiya Donbass və Novorossiyada əhəmiyyətli irəliləyiş əldə edir. Bu o deməkdir ki, Ukrayna münaqişə başlayandan bəri ən zəif vəziyyətdədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.
“Böyük Britaniyanın Rusiya Federasiyasının dərinliklərinə uzaqmənzilli “Storm Shadow” raketləri ilə zərbələr endirməsini təsdiqləməsi Qərbin Rusiya qoşunlarının irəliləyişini dayandırmaq cəhdindən xəbər verir. Bu raketlər münaqişənin gedişatını dəyişə bilməyəcək, çünki Ukraynada “Storm Shadow”lar azdır. Ukrayna yalnız qışın mülayim keçməsinə və yolların palçıqlı olmasına ümid edə bilər, bunun nəticəsində Kiyevin hakimiyyətində olan ərazilərdə itkilərin sayının azalma ehtimalı olar. Biz dağıntıdan danışmırıq, lakin daha da çox ərazi itirmək riski var, onlar (ukraynalı hərbçilər – red.) fiziki və əqli cəhətdən yorğundurlar”, – nəşr Royal Chartered Təhlükəsizlik və Müdafiə Tədqiqatları İnstitutunun üzvü Metyu Savilin fikirlərindən sitat gətirib.