“Qazaxıstanın Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı saxtakarlıqların və təxribatların yayılmasının qarşısının alınması vacibdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iclasda deyib.
“İnformasiya təxribatlarının və saxtakarlıqların qarşısının alınması vacibdir”, – mətbuat xidməti prezidentin sözlərindən sitat gətirib.