Xəbərlər

Tokayev: Astana Ermənistan–Azərbaycan danışıqlarında platforma təqdim etməyə hazırdır

Astana İrəvanla Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi görüşdə deyib.

“Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”, – o qeyd edib.

Tərəflər iqtisadi və investisiya əməkdaşlığı məsələlərini də müzakirə ediblər.

“Astana Paşinyanın regionda “Sülh yolayrıcı” təşəbbüsünü alqışlayır. Həmçinin iki ölkə arasında hava nəqliyyatını stimullaşdırmaq lazımdır”, – Qazaxıstan prezidenti əlavə edib.

Qeyd edək ki, bu, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana ilk rəsmi səfəridir.