Xəbərlər

Tokayev: Astana və Düşənbə arasında əməkdaşlıq yeni səviyyəyə qalxıb

“Qazaxıstan və Tacikistan Müttəfiqlik Münasibətləri haqqında müqavilə imzalamaqla əməkdaşlığı yeni səviyyəyə qaldıracaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Mən Tacikistana dövlət səfərimə yüksək əhəmiyyət verirəm və bu
səfər bizim ümumi məqsədimizə çatmağımız üçün mühüm addımdır. Müttəfiqlik münasibətlərini gücləndirmək üçün birgə səylərimiz bütün Mərkəzi Asiya regionunda davamlı inkişafı və sabitliyi təmin etməyə kömək edir. Bu gün biz Müttəfiqlik Münasibətləri haqqında müqavilə imzalayacağıq”, – Tokayev bildirib.

Qeyd edilib ki, Tokayev avqustun 22-23-də Tacikistanda dövlət səfərində olacaq.