Xəbərlər

Tokayev: AZAL təyyarəsinin qutularının Braziliyada araşdırılması qərəzsizliyi təmin edəcək

“Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin registratorlarının (qara qutularının) Braziliyaya göndərilməsi istintaqın qərəzsizliyini təmin edəcək yeganə düzgün qərardır”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

“Hökumət komissiyası qara qutuları araşdırmaq üçün təyyarəni istehsal olunduğu ölkəyə – Braziliyaya göndərmək qərarına gəldi. Mən əminəm ki, bu, istintaqın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, – prezident əlavə edib.