“Qazaxıstan hakimiyyəti Çinlə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müsahibəsində deyib.
“Çin ilə hərtərəfli əməkdaşlığın gələcək inkişafı Qazaxıstan diplomatiyasının mühüm vəzifəsi olaraq qalacaq, bu ölkə Qazaxıstanın əsas ticarət tərəfdaşı mövqeyini qoruyur və iqtisadiyyatımızın ən böyük investorlarından birinə çevrilib”, – Tokayev əlavə edib.