Xəbərlər

Tokayev Makronu Qazaxıstana səfərə dəvət edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarı Emmanuel Makronu onun üçün əlverişli olan vaxtda respublikaya dövlət səfərinə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə çərşənbə axşamı Qazaxıstan dövlət başçısının mətbuat xidməti Astanada xarici ticarət üzrə məsul nazir-nümayəndə Olivye Bext ilə görüşündən sonra məlumat verib.

“Prezident Emmanuel Makronun xüsusi mesajı ilə gəldiniz, ona ən xoş arzularımı və səmimi hörmət sözlərimi çatdırın. Bir çox sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığımızın inkişafına ciddi təkan verəcək gələcək əməkdaşlıq üçün böyük imkanlarımız var”, – məlumatda qeyd edilib.

O, həmçinin Fransa kapitalının Qazaxıstan bazarında, xüsusilə neft-kimya, yaşıl enerji, aviasiya və emal sənayesi, nəqliyyat və logistika sahələrində daha geniş iştirakı üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.