Mərkəzi Asiya dövlət başçılarının Astanada keçirilən altıncı məşvərət görüşündə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev region ölkələri ilə siyasi dialoqun gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tokayev özü çıxışında söyləyib.
“Bu gün biz beynəlxalq münasibətlər sisteminin fundamental əsaslarının təhlükəli şəkildə aşınmasının şahidi oluruq, buna görə də dövlətlərimiz arasında siyasi dialoqun və etimadın möhkəmləndirilməsi tədbirlərinin daha da gücləndirilməsi lazımdır”, – Tokayev qeyd edib.