Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Ukrayna üzrə danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tokayev Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa İttifaqının birinci sammitində çıxışı zamanı bildirib.
“Qazaxıstan ardıcıl olaraq münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olub, ona görə də biz Ukrayna üzrə danışıqların başlanmasını alqışlayırıq və problemin mürəkkəbliyini tam başa düşsək də, müsbət nəticəyə ümid edirik”, – prezident vurğulayıb.



