“Ukraynada münaqişənin başlanğıcından bu yana Qazaxıstan sülhə nail olmaq üçün danışıqların aparılmasının tərəfdarı olsa da, vasitəçi olmaq istəməyib”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev müsahibəsində deyib.
“Ukraynada hərbi əməliyyatların başlanğıcından sonra Qazaxıstan sülhə nail olmaq üçün danışıqlara başlamağın tərəfdarı olub, vurğulamalıyam ki, biz heç bir yerdə vasitəçi olmağı tələb etmirik, beynəlxalq arenada özümüzü Qazaxıstanın potensialına və imkanlarına uyğun aparırıq. Lakin biz beynəlxalq problemlərin həllinə kömək etməyə hər zaman hazırıq”, – prezident bildirib.