Xəbərlər

Tokayev Qazaxıstanda təhlükəsizliyin təmin edilməsi barədə göstəriş verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar respublikanın əsas mülki və hərbi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verib.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali deyib.

“Tokayev baş nazirə, Prezident Administrasiyasının rəhbərinə, bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb. Dövlətimiz üçün əsas strateji məqsəd sabitliyi, əmin-amanlığı, asayişi qorumaqdır”, – Uali əlavə edib.