Xəbərlər

Tokayev: Rusiya və Çində baş verənlər qlobal münaqişəni oyatmaq cəhdlərinə qarşı xəbərdarlıqdır

“Moskva və Pekində II Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş tədbirlər onun nəticələrinə yenidən baxmağa və yeni qlobal münaqişəyə səbəb olmağa çalışanlara xəbərdarlıq rolunu oynayır”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev deyib.

“Moskva və Pekində keçirilən təntənəli tədbirlər bəşəriyyət tarixinin ən qanlı müharibəsi zamanı döyüşlərin on milyonlarla qurbanının əbədi xatirəsinin təzahürü kimi onun nəticələrinə yenidən baxılmasına və yeni dünya münaqişəsi yaratmaq cəhdlərinə qarşı xəbərdarlıq kimi qiymətləndirilməlidir”, – Tokayev əlavə edib.