Xəbərlər

Tokayev rüsumlarla bağlı Trampa məktub ünvanlayıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonun avqustun 1-dən respublikadan gələn mallara 25% gömrük rüsumunun tətbiqi ilə bağlı bəyanatı ilə əlaqədar ABŞ lideri Donald Trampa cavab məktubu göndərib.

“Füyuzatın məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verib.

Qeyd edilib ki, Tokayev dialoqa hazır olduğunu təsdiqləyib və kompromis əldə olunacağına əminliyini bildirib.

Tokayev həmçinin vurğulayıb ki, Astana Vaşinqtona uzunmüddətli ticarət və investisiya tərəfdaşı kimi baxır və ədalətli, proqnozlaşdırıla bilən, qarşılıqlı faydalı ticarət əlaqələrinin inkişafına sadiqdir.