Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞƏT-in baş katibi Nurlan Yermekbayevlə görüşüb, təşkilatın unikal platforma olduğunu qeyd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısına ŞƏT-in cari fəaliyyəti və prioritet əməkdaşlıq istiqamətləri barədə məlumat verilib, öz növbəsində Tokayev təşkilatın unikallığını qeyd edib”, – məlumatda bildirilib.
Mətbuat xidməti əlavə edib ki, Tokayev təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsinin, beynəlxalq birliklərlə əlaqələrin intensivləşdirilməsinin, eləcə də Qazaxıstanın irəli sürdüyü “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında” ŞƏT təşəbbüsünün təşviqinin vacibliyini vurğulayıb.