Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Sammitində iştirak etmək üçün Qəbələyə gəlib.
“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, bu barədə Akordanın mətbuat xidmətindən məlumat verilib.
Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan prezidentini hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.



