Xəbərlər

Tokayev: Xilasedicilər daha ciddi fəsadların qarşısını alıblar

“Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasının nəticələrinin aradan qaldırılmasında iştirak edən Qazaxıstanın xilasediciləri və həkimləri fövqəladə vəziyyətin daha ağır nəticələrinin qarşısını ala bilib, təyyarədə olan insanları xilas ediblər və mükafatlandırılmalıdırlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iclasda deyib.

“Biz qəzanın daha ciddi nəticələrinin qarşısını ala bildik və çoxlu sayda insan həyatını xilas edə bildik, xilasetmə işləri yüksək səviyyədə aparıldı”, – Tokayev qeyd edib.