“Böyük Britaniya müharibə vəziyyətində ümumi müdafiəyə hazır deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin deyib.
“Etiraf etmək lazımdır ki, Britaniya Skandinaviya və Baltikyanı həmkarlarından daha zəif vəziyyətdədir. Bu, bizim tam müdafiə mədəniyyətimizin olmadığı bir problemdir. Bizim digər NATO ölkələrinin malik olduğu bəzi mülki planlaşdırma aspektlərimiz yoxdur. NATO ölkələrinin liderləri və nümayəndələri fərdi şəxsləri və müəssisələri ümumi müdafiənin təmin edilməsinin bir hissəsi olaraq müharibəyə hazırlaşmağa çağırırlar”, – Radakin əlavə edib.