ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “bacarıqlı miqrantlar”ın ABŞ-da işləməsinə icazə verən H1-B vizasını dəstəklədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Mənim mülkümdə çoxlu H-1B vizası var. Mən H-1B-ni dəstəkləyirəm. Bunu dəfələrlə sınamışam. Bu, əla proqramdır”, – Tramp əlavə edib.
İlk prezidentlik dövründə xarici işçi vizalarını məhdudlaşdıran və belə proqramları tənqid edən Tramp bu açıqlaması ilə respublikaçıları ikiyə bölən viza məsələsi ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.