“Vaşinqton Pekinin Panama kanalının fəaliyyətinə təsirindən narazıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Biz Panama kanalının Çin tərəfindən idarə olunmasından narazıyıq. Təxminən bir il əvvəlki vəziyyətə baxanda orada hər bir işarənin Çin dilində olduğunu görmək olar. Biz Panamanı Çinə verdik, kanalı yox. Amma mən başa düşdüm ki, Vaşinqton Panama da daxil olmaqla, ümumiyyətlə, kanaldan əl çəkməməliydi. Hazırda biz bu məsələ üzərində Panama ilə işləyirik. Nə edəcəyimizə qərar verəcəyik”, – prezident əlavə edib.