Xəbərlər

Tramp: ABŞ dünyanın zibilxanasına çevrilib

“Hazırkı Amerika administrasiyasının immiqrasiya siyasəti ABŞ-ı bütün dünya üçün zibilxanaya çevirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib.

“ABŞ vitse-prezidenti Kamala Harris vəzifəyə gələndə o, qəsdən sərhədimizi açdı, o, dünyanın hər yerindən gələn miqrantların, ruhi xəstələrin ölkəmizi istila etməsinə qapı açdı”, – o, Arizona ştatının Tempe şəhərində tərəfdarlarına bildirib.

Tramp həmçinin söz verib ki, seçkidə qalib gəlsə, noyabrın 5-i “Amerikanın qurtuluş günü” olacaq.