Xəbərlər

Tramp: ABŞ, İsrail və Türkiyə Suriya ilə bağlı razılığa gələ bilər

“ABŞ İsrail və Türkiyə ilə birlikdə Suriya məsələsində razılığa gələ biləcək”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən İsrailin Baş nazirinə dedim ki, bəlkə sizin Türkiyə ilə probleminiz var. Əgər varsa, mən bunu həll edə biləcəyimi düşünürəm. Bilirsiniz ki, mənim Türkiyə və onun lideri ilə çox yaxşı münasibətim var. Düşünürəm ki, biz problemləri həll edə bilərik. Ümid edirəm ki, bir problem yaranmayacaq”, – Tramp əlavə edib.