“ABŞ artıq Kanada, Meksika və bir sıra digər ölkələrin kəsirini ödəmək niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Kanada, Meksika və bir çox başqa ölkələrin kəsirlərini ödəyə bilmirik. Biz bunu əvvəllər etmişdik, amma artıq bacarmırıq. Bütün dünya ölkələrinin qayğısına qalırıq. Onların ordusu üçün pul ödəyirik. Bir sözlə demək olar ki, onların ödəməli olduqları hər şeyi biz ödəyirik. Şimali Amerika Azad Ticarət Müqaviləsi (NAFTA) indiyə qədər edilən ən pis razılaşmadır. Bu razılaşmadan sonra ABŞ 90 minə yaxın müəssisəsini itirib”, – Ağ Evin sahibi əlavə edib.