Xəbərlər

Tramp: ABŞ-la iqtisadi müharibə Rusiya üçün pis bitə bilər

“Mən Rusiya ilə Ukrayna arasında razılaşmanın olmasını istəyirəm, lazım gələrsə, çox ciddi şeylərə də hazıram”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“İqtisadi sanksiyalardan danışırıq. Bu, hərbi cəhətdən dünya müharibəsi olmayacaq. Amma bu, iqtisadi müharibə olacaq. İqtisadi müharibə isə pis olacaq, xüsusən də Rusiya üçün. Və mən bunu istəmirəm. Bu barədə düşünməliyəm.

Mənim indi Ukrayna prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətim var. Çünki biz artıq Ukraynaya pul ödəmirik. Biz bunu dayandırmışıq. NATO bütün avadanlıqları alır və ödənişi tam ödəyir”, – o qeyd edib.