Xəbərlər

Tramp: ABŞ ordusu Suriyada Əl-Qaidə liderlərindən birini öldürüb

“ABŞ hərbçiləri həftə sonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb.

“Öldürülən terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi”, – o yazıb.

Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.