Xəbərlər

Tramp ABŞ ordusuna 1 trilyon dollar xərcləmək istəyir

ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkə üçün təxminən 1 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib:

“Biz pula qənaət edirik, lakin ordu qurmalıyıq və güclü olmalıyıq, çünki hazırda ətrafda çox sayda radikal qüvvələr var”.

O əlavə edib ki, onun administrasiyası hərbi məqsədlər üçün indiyə qədər qəbul edilən ən böyük büdcə planını təsdiq edəcək.